Putin Paşinyanı Ermənistanda keçirilən parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik etdi/
Kremlin mətbuat xidmətinin verdiyi məlumata əsasən Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Söhbət əsnasında Rusiya lideri Paşinyanı növbədənkənar parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik etdi və respublikanın yeni hökumətinin qurulmasında uğurlar dilədi.
Tərəflərin iki ölkənin müttəfiqlik münasibətlərini hərtərəfli gücləndirmək üçün qarşılıqlı mövqelərini təsdiqlədikləri aydınlaşdı.
Daha əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Kremlin Ermənistandakı seçkilərdə Nikol Paşinyan partiyası tərəfindən inamlı qələbə gördüyünü və bu seçimlə ölkə vətəndaşlarını təbrik etdiyini söylədi.
Xatırladaq ki, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, 53.92% səs çoxluğu ilə “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib. Səsvermədə ümumilikdə 21 partiya və dörd blok iştirak etmişdir.