Kremlin mətbuat xidmətinin verdiyi məlumata əsasən Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Dağlıq Qarabağdakı vəziyyəti, uçuşların bərpasını, həmçinin “Sputnik V” peyvəndinin təchizatını müzakirə ediblər.
7times.az xəbər verir ki, Ərdoğan Rusiya tərəfinin Türkiyə ilə uçuşları bərpa etmək qərarına və “Sputnik V” peyvəndi təchizatının başlanmasına görə qarşı tərəfə təşəkkür edib..
Həmçinin Rusiya liderinin Cenevrədəki zirvə toplantısı ilə bağlı təəssüratlarını bölüşdüyü qeyd olunur.
Əlavə olaraq prezidentlər Suriyada münaqişənin həlli məsələlərinə toxunublar, bu bölgələrdə qalan terror qruplarına qarşı mübarizədə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətinin əhəmiyyətli rolunu vurğulayıblar.
7times.az bildirir ki, Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi çərçivəsində 2020-ci ilin 11 noyabr tarixində təsis edilmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəs və hərbi əməliyyatlara nəzarət işinə müsbət qiymət verilib. Bölgənin iqtisadi inkişafı və nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq tədbirləri uğurla davam etdirilir.
Prezidentlər ayrıca digər sahələrdə də ortaq işlərin davam etdirilməsi barədə razılığa gəldilər.
Bu məlumatları şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın vəziyyəti izlədiyini və Zaqafqaziyada vəziyyəti sabitləşdirmək yolunda Ankara ilə əməkdaşlıq etdiyini qeyd edib.
Ravid RM
7times.az
Follow @7timesaz