Siyasət

Əli Əsədovdan şəhid və müharibə veteranları ilə bağlı SƏRƏNCAM

Əli Əsədovdan şəhid və müharibə veteranları ilə bağlı SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydasının layihəsini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

7times.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Baş nazirin digər sərəncamına əsasən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, müharibə veteranlarının reyestrinin aparılması qaydasına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.