Siyasət

Azərbaycan vətəndaşlarının Almaniyaya səfərinə icazə verildi

Azərbaycan vətəndaşlarının Almaniyaya səfərinə icazə verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir neçə ölkənin vətəndaşlarının Almaniyaya səyahət etməsinə icazə verilib.

7times.az “schengenvisainfo” saytına istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları Almaniyaya turizm məqsədilə səfər edə bilərlər.

“Bu ölkələrin vətəndaşları olan istənilən şəxs vacib səyahət səbəbi olmadan və vaksinasiya statusundan asılı olmayaraq ölkəyə daxil ola bilər”, – deyə nazirliyin məlumatında qeyd olunur.

Qərar Avropa İttifaqı Nazirlər şurasının 2021-ci il 1 iyul tarixli qərarına əsaslanır.

Bu məqamda bildirək ki, Almaniya iyunun 25-dən etibarən üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini (“Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson”) vurdurmuş turistlərin ölkəyə girişi barədə qərar verib.

Avropa İttifaqı (Aİ) iyulun 1-də Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

Qeyd edək ki, Almaniya Avropanın ən çox zərər görmüş ölkələrindən biridir. Bu günə qədər ölkədə koronavirus infeksiyasına 3 729 682 yoluxma faktı aşkarlanıb.