Siyasət

Ukraynalı diplomatın Şuşaya səfəri ermənilərdə aqressiya yaratdı

Ukraynalı diplomatın Şuşaya səfəri ermənilərdə aqressiya yaratdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Şuşaya səfəri ilə bağlı sosial mediada paylaşımı ermənilərdə aqressiya yaradıb.

7times.az xəbər verir ki, ukraynalı diplomat “Twitter” hesabında iyulun 9-10-da baş tutan Şuşa səfəri ilə bağlı paylaşım edib.

“Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına – Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!”, səfir bildirib.

Ukraynalı diplomatın bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.

Xatırladaq ki, iyulun 9-10-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri Füzuli və Şuşaya səfər edib.