Siyasət

Prezident bu qanuna da dəyişiklik etdi

Prezident bu qanuna da dəyişiklik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Yerin təki haqqında” Qanunun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

7times.az xəbər verir ki, sənədə əsasən, həmin Sərəncamla təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları”nın 1.2-ci bəndindən “xüsusi razılıq (lisenziya) və ya” sözləri çıxarılıb.

Həmin Sərəncamla təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları” üzrə:

2.1-ci bəndin beşinci abzasından “xüsusi razılığın (lisenziyanın) və ya” sözləri çıxarılıb;

3.5-ci bəndin birinci abzasından “xüsusi razılıq (lisenziya)” sözləri çıxarılıb;

3.8-ci bəndin üçüncü cümləsində “Xüsusi razılığın (lisenziyanın) və ya icazənin qeydiyyat nömrəsi xüsusi razılığın (lisenziyanın)” sözləri “İcazənin qeydiyyat nömrəsi onun” sözləri ilə əvəz edilib.