Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə təşkil olunmuş Qoşulmama Hərəkatı Modeli Beynəlxalq Simulyasiya Təlimi də Bəyannamədə alqışlanır.
7times.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Bəyannamədə həmçinin Azərbaycan tərəfinin təklifinə uyğun olaraq, QH üzv dövlətlərində post-münaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətinin əhəmiyyəti qeyd edilərək, bu xüsusda mina və digər partlamamış hərbi sursatlarla çirklənməyə ən çox məruz qalmış QH üzv dövlətlərində effektiv mina təmizləmə fəaliyyətinin və bu prosesə beynəlxalq dəstəyin vacibliyi vurğulanır.
Qəbul edilmiş Siyasi Bəyannamə ilə, həmçinin Rusiya Federasiyasının müraciətinə uyğun olaraq bu ölkəyə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu verilir və Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünün 2023-cü ilin sonunda Uqandada keçiriləcəyinə dair Uqanda hökumətinin təklifi alqışlanır.
Follow @7timesaz