Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə (“Xaçmaz” sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, qeyri-çimərlik ərazi) 1 nəfər batıb.
7times.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur. Hal-hazırda axtarış tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Follow @7timesaz