Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlığını bildirib.
7Times.az xəbər verir ki, bu barədə qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Tvitter səhifəsində yazıb:
“Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv danışıqların bərpasına çağırışımızı təkar edirik. Aİ tərəflərə kömək etməyə hazırdır”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə gündür Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqelərini atəşə tutur.
Follow @7timesaz