Prezident İlham Əliyev Vilayət Quliyevlə bağlı sərəncam imzalayıb.
7Times.az xəbər verir ki, sərəncama əsasən, Vilayət Muxtar oğlu Quliyev Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiyada, İslandiyada və Danimarkada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. O, Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Fotoda: Tahir Tağızadə
Follow @7timesaz