Siyasət

450 erməni hərbçi Türkiyə ordusuyla döyüşəcək – İddia

450 erməni hərbçi Türkiyə ordusuyla döyüşəcək – İddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Suriyaya 450 hərbçi göndərib. Məqsəd türk ordusuna və türklər tərəfindən dəstəklənən Azad Suriya Ordusu ilə döyüşməkdir.

7times.az xəbər verir ki, bu barədə İsrailin NZİV.net kanalı məlumat yayıb.

Portal erməni hərbçilərin dövlət hərbçiləri və ya qeyri- formal bölmələrin üzvləri olması barədə məlumat vermir.

Erməni muzdluların koordinasiyasını Suriya hərbi kəşfiyyat generalı Muxsan Nafnuf həyata keçirəcək.

Koordinasiya Rusiyaya məxsus hərbi bazada həyata keçiriləcək.

Portalın məlumatına görə, erməni muzdluların Bəşər Əsədin tərəfində döyüşməsi Rusiyanın son dövrlərdə Ermənistana açıq hərbi dəstək göstərməsilə başlayıb.

Bizimyol.info