Manşet

“Ermənilər dağılmış ordunu rusların köməyi ilə yeni qaydada qurmaq istəyirlər, ancaq…”

“Ermənilər dağılmış ordunu rusların köməyi ilə yeni qaydada qurmaq istəyirlər, ancaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruslar onsuz da Ermənistanın bütün tərəflərində hərbi bazalar yaradıblar, Paşinyanın canfəşanlığına ehtiyc yoxdur”

7times.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə burda ermənilərin özlərinin də məqsədləri var:

“Paşinyan əgər buna cəhd edirsə, məncə onun canfəşanlığına ehtiyac yoxdur. Çünki ruslar onsuz da Ermənistanın bütün tərəflərində hərbi bazalar yaradıblar. Zəngəzur bölgəsində ikinci bir quru qoşunları bazası yaratdılar. Bütün Azərbaycan sərhədləri boyu rusların hərbi bazasını yerləşdirmək istəyirlərsə, bu sadəcə ağılasığmaz bir şeydi. Çünki balaca bir Ermənistana dördüncü hərbi bazanın yerləşdirilməsi üçün sahə imkan vermir. Bəlkə də ruslar bütünlüklə erməni ordusunu əvəz etmək niyyətinə düşəcəklər. Amma ermənilərin də öz iddiaları var, ermənilər ruslardan istifadə edərək dağılmış ordunu rus təlimatçılarının köməyi ilə  yeni qaydada qurmaq və rus bazalarına gələn silahın mənimsənilməsi istiqamətində iş aparırlar. Düzdür, Paşinyanın dediyini Peskov da təsdiq etmişdi, amma nə Peskovun, nə də başqasının dediyi söz sabah reallaşan deyil”.

Qeyd edək ki, yayılan xəbərə görə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca Rusiya sərhədçilərinin dayaq məntəqələrini yerləşdirməyi təklif edib.