“Hesab edirəm ki, Ermənistan və Azərbaycan sərhədində münaqişənin həll olunması üçün siyasi imkanlar hələ tükənməyib”.
7Times.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətində hərbi hissələrin birində jurnalistlərin sualını cavablandırarkən deyib.
O həmçinin əlavə edib ki, Ermənistan-Azərbaycan-Rusiya formatında bu istiqamətdə çalışmağa davam etmək vacibdir.
S.Zas Ermənistanla Azərbaycan sərhədindəki vəziyyətin daim KTMT-nin diqqət mərkəzində olduğunu da vurğulayıb.
“Sərhəddəki gərginliyin artmasından ciddi narahatıq. Bu gərginlik Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə edilmiş əsas razılaşmaların həyata keçirilməsini çətinləşdirir. Tərəflərin bunu anlayacağını və mübahisələrin siyasi yolla həll edilməsi üçün addımlar atacağını gözləyirik”, – deyə Zas qeyd edib.
Follow @7timesaz