Siyasət

“Bayden Əfqanıstanda yaşananlara icazə verdiyi üçün utanc içərisində istefa verməlidir“ – Tramp

“Bayden Əfqanıstanda yaşananlara icazə verdiyi üçün utanc içərisində istefa verməlidir“ – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq ABŞ Prezidenti Donald Tramp xələfi Co Baydenin Əfqanıstanla bağlı siyasətini tənqid edib.

7Times.az  xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Əfqanıstandakı vəziyyəti ABŞ-ın məğlubiyyəti adlandırıb.

“Co Baydenin Əfqanıstanda etdiyi şey əfsanədir. ABŞ tarixinin ən böyük məğlubiyyətlərindən biri kimi tarixə keçəcək”.

Tramp Talibanın Kabili ələ keçirməsindən sonra Baydenə istefa çağırışı edib:

“Baydenin Əfqanıstanda yaşananlara icazə verdiyi üçün utanc içərisində istefa vermək vaxtı çatıb”.

Tramp həmçinin istefa vermək çağırışının vacib bir şey olmadığını söyləyib:
“Bu o qədər də vacib deyil. Çünki qanuni şəkildə seçilməyib”.

Qeyd edək ki, ABŞ-la Taliban arasındakı razılaşmaya əsasən, bu il beynəlxalq qüvvələrin Əfqanıstan çəkilmək prosesi başlayıb.

Bu prosesin davamı olaraq artıq ötən gündən etibarən Taliban bütün Əfqanıstanda nəzarəti ələ keçirib.