Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
7Times.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.