Siyasət

Türkiyə Ermənistana hərbi müdaxiləyə hazırlaşır? – YENİ MÜHARİBƏ…

Türkiyə Ermənistana hərbi müdaxiləyə hazırlaşır? – YENİ MÜHARİBƏ…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri  Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutub. 

Ermənistan ordusunun Naxçıvana qarşı təxribatları davamlı xarakter almağa başlayıb. Bəs görəsən belə olduğu təqdirdə Türkiyə məsələyə müdaxilə edə bilərmi?

7Times.az xəbər verir ki mövzu ilə, bağlı Redaktor.az-ın suallarını ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov cavablayıb. O bildirib ki, Türkiyə istənilən an Ermənistanın təxribatlarına cavab verə bilər:

“Türkiyənin buna hüququ çatır. Azərbaycan dövləti bunun üçün rəsmi olaraq müraciət etməlidir. Həmçinin, Ermənistanın Naxçıvanla bağlı təxribatları irimiqyaslı deyil. Atəşkəs rejimi mütəmadı olaraq pozulur. Biz hələlik Ermənistanla sülh müqvailəsi imzalamamışıq və müharibə şəraitindəyik. Belə olan təqdirdə atəşkəsin pozulması normaldır”.

Ekspert bildirib ki, indiki məqamda təxribatların qarşısını özümüz də ala bilirik:

“Azərbaycan Ordusu hazırda düşmənin layiqli cəzasını verir. Kənardan dəstəyə ehtiyac yoxdur. Naxçıvanın öz gücü Ermənistanın hər hansı təcavüzünün qarşısını almağa tam qadirdir. Əgər ehtiyac olarsa Türkiyə təbii ki, hər zaman olduğu kimi Azərbaycanın yanında olacaq”.

 Redaktor.az