Ermənistan hökumətinin başçısı Nikol Paşinyan “Bilik günü” münasibətilə Ermənistan ictimaiyyətinə müraciət edib. O, müraciətində nə “arsax”, nə də orada yaşayanlar haqqında bir söz deyib. Bu, hazırda Xankəndidə yaşayanların İrəvana heç bir aidiyyətinin olmadığının göstəricisidir. Artıq Ermənistan üçün Dağlıq Qarabağ yoxdur.
Bu barədə “İcmal” verilişinin efirində Ermənistan parlamentinin Elm, təhsil, mədəniyyət işləri üzrə daimi komissiyasının üzvü Lilit Qalstyan bildirib.
“Nikol Paşinyan və parlamentin sədri belə bir mühüm gündə Qarabağa gedə bilməsələr də, Qarabağda yaşayan ermənilərə heç olmasa, nəsə deyə bilərdilər. Lakin İrəvanın heç bir səlahiyyəti olmadığına görə onlar bu barədə heç danışa bilmirlər”, – deyə erməni deputatı qeyd edib.
Follow @7timesaz