Siyasət

Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq

Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz bu ilin yanvarında Prezidentlə olan görüşümüzdə razılığa gəldik ki, 2022-2023-cü illərdə Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edək”.

7Times.az xəbər verir ki, bunu REAL-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev deyib.

O bildirib ki, Şuşa bütün Türk dünyası üçün əsas şəhər olacaq:

“Biz hazırda bu istiqamətdə böyük proqram hazırlayırıq. Böyük tədbirlər keçirəcəyik. Buraya mədəni tədbirlər, o cümlədən, mədəni xarakterli konfranslar daxil olacaq.

Amma ən əsası, Şuşada dağıdılmış mədəni obyektlərin müştərək səylərimizlə bərpasına hazırlaşırıq. Bu prosesdə Türk Şurasının himayəsi altında olan bütün üzv ölkələr iştirak edəcək”.