Siyasət

İran “Azərbaycan legionu”na Bakıya hücum əmri verdi – Təxribatlar ara vermir

İran “Azərbaycan legionu”na Bakıya hücum əmri verdi – Təxribatlar ara vermirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş Azərbaycan vətəndaşları, müharibədən öncəyə qədər Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparan “nur-az” səhifəsinin idarəçiləri olan “Hüseyniyyun” qruplaşması yenidən aktivləşib”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

“İkinci Qarabağ müharibəsində İran Azərbaycana qarşı hücuma ara verən kimi bu qruplaşma və onların təbliğatı da yoxa çıxdı, hərçənd Tovuz döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrdə Türkiyənin Azərbaycana dəstəyini Şah İsmayıl-Sultan Səlim müstəvisində təqdim edir, “Türkiyə Azərbaycanı işğal edəcək” iddialarını tirajlayırdılar.

Müharibə və sonrakı dövrdə Azərbaycana “fətva”, Ermənistana real dəstək verən İran Bakının praktiki reaksiyası ilə üzləşən kimi “dişini qıcadı”. Hərbi təlimlər keçirir, bəyanatlar verir, hərçənd Tehranın Bakıya qarşı ən “təsirli” rıçağı dini müstəvidə təbliğatıdır.

Xamneinin  nümayəndəsi, Ərdəbil imam cüməsi Seyid Həsən Amilinin “quyruqlu şir” açıqlamasından sonra bu Vətən xainləri (başqa açıqlaması yoxdur) də hərəkətə keçdi. Onlar yenidən Türkiyənin Azərbaycanda mövcudluğuna dil uzadır, İranın Xankəndinə yük daşımasını, separatçılara dəstəyinə haqq qazandırır.

Bu prosesin başlanğıcıdır və daha şiddətli formada davam edəcək: İranın dini müstəvidə Azərbaycana müdaxilə “rıçaqlar”ı xeyli zəiflədilsə də, hələ də qalır və qarşıdakı dövrdə bu “rıçaqlar” yenidən aktivləşdiriləcək”.

sfera.az