“Əfqanıstanın yeni hökuməti ölkədən qaçan Prezident Əşrəf Qaninin təhvil verilməsini deyil, onun özü ilə apardığı dövlət vəsaitlərinin geri qaytarılmasını istəyir”.
7Tımes.az xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid “RİA Novosti”yə müsahibəsində deyib.
“Xeyr, biz Əşrəf Qaninin verilməsini istəmirik. Lakin Qani dövlət vəsaitlərini oğurlayıb və biz onların banka qaytarılmasını tələb edirik. Bu vəsaitlər xalqa və bizim banklara məxsusdur”, – deyə Mücahid bildirib.
Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Kabil şəhərinin “Taliban” hərəkatı tərəfindən tutulmasından sonra ölkəni tərk edib. O, bu addımı “müharibənin qarşısını” almaq üçün atdığını vurğulamışdı.
Bununla belə, Əşrəf Qani hadisədən 3 gün sonra BƏƏ-də videoformatda çıxış edərək ölkəsinə geri dönməyi vəd etmişdi.
Follow @7timesaz