“Rusiyadakı Azərbaycan lobbisinin arxasında Ərdoğanın siması dayanır”.
7times.az xəbər verir ki, bu açıqlama ilə Yaxın Şərq İnstitutunun prezidenti, şərqşünas-alim Yevgeni Satanovski çıxış edib.
O bildirib ki, Rusiyadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinə nəzər saldıqda, onların hər birinin arxasında Ərdoğanın simasını görmək mümkündür:
“Azərbaycanın İnternet şəbəkəsindən tutmuş, ölkənin bugünkü rəsmi və qeyri-rəsmi siyasətində Türk ritorikası hiss olunur. Biz artıq münasibətləri Türkiyə ilə aydınlaşdırırıq. Azərbaycan artıq qardaş respublika deyil və bu bir faktdır. Biz bu faktla yaşamalı olacağıq” – deyə Satanovski vurğulayıb.
O əlavə edib ki, Azərbaycanda Türkiyənin mövqelərinin gücləndirilməsi prosesi daha fəaldır. Bu, özünü Şuşa müqaviləsində, Bakı Bəyannaməsində və Bakı ilə Ankaranın postsovet məkanındakı fəaliyyətində göstərir. KONKRET.az
Follow @7timesaz