Siyasət

“Azərbaycan İrandakı səfirini geri çağıracaq”

“Azərbaycan İrandakı səfirini geri çağıracaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Naxçıvana Azərbaycanın hərbi nəqliyyat yolunu bağlayıb. Proseslər hər iki ölkənin səfirinin geri çağırılması ilə inkişaf edə bilər”.

7times.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İran Azərbaycana qarşı ciddi təhdidedici addımlar atır:

“İran Azərbaycanla dövlət sərhəddində narkotik qaçaqmalçılıq adı ilə sərhədçilərimizə qarşı silah işlədə bilər. Dövlət sərhədinin cənub və cənub-qərb istiqamətində diqqətli olmalıyıq.  Azərbaycan tərəfi ilkin olaraq, səfiri geri çağırmalı və İranın Ali dini rəhbərinin Azərbaycanda nümayəndəsini ölkədən çıxarmalıdır. Ümumiyyətlə, İranın Ali dini rəhbərinin Azərbaycanda ofisi “5-ci” kolon hazırlayır və ölkəmizdə gənclərin ideoloji olaraq iranyönümlü kimi yetişdirirlər”.

Politoloq qeyd edib ki, İran-Azərbaycan əlaqələri geridönməz mərhələyə keçib: “Siyasi atmosfer Tehran tərəfindən qızışdırılır və geosiyasi şərtlərlə barışmır”.