Daxili işlər orqanlarında yeni təyinat olub.
7times.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad olunub.
Nazirin digər əmrinə əsasən Mahir Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, həmin idarənin bundan əvvəlki rəis müavini Faiq Şabanov bir müddət əvvəl təqaüdə göndərilib. F.Şabanov əvvəllər Gəncə Şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin də rəisi olub./Oxu.az
Follow @7timesaz