“Paşinyan, MTB -in rəhbəri, yəni mənim vasitəmlə möhürlənmiş zərfləri Əliyevə təhvil verdi”.
7times.az xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan danışıb. Paşinyanın operativ kommunikasiyalarla bağlı Milli Məclisdəki bəyanatlarını şərh edən Vanetsyan bildirib ki, baş nazir əslində manipulyasiyalarla məşğuldur. Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə əməliyyat əlaqəsinin nə olduğunu izah etdi və bunun yalnız sərhədlərarası hadisələr üçün olduğunu qeyd edib.
Erməni tərəfdən bu əlaqəni Milli Təhlükəsizlik Bürosunun o vaxtkı rəhbəri Artur Vanetsyan, Azərbaycan tərəfdən isə həmkarı təmin edirdi. Vanetsyan əsasən həmkarı ilə telefon əlaqəsi saxladığını və uyğun vəziyyətlərdə Dubayda və bir sıra başqa şəhərlərdə bir neçə dəfə görüşdüklərini qeyd edib. Vanetsyanın sözlərinə görə, əsas söhbət mövzusu yalnız baş nazirə, eləcə də Təhlükəsizlik Şurasının üzvlərinə – Xarici İşlər və Müdafiə Nazirlərinə tam olaraq bildirilən sərhəd vəziyyəti ilə bağlı idi.
Mənbə: “Faktlarla” TQ
Follow @7timesaz