Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov bu gün Bakıda istintaqa cəlb olunub.
Bu sensasiyalı məlumat Azpolitika.info-ya E.Həsənova yaxın mənbələrdən daxil olub.
E.Həsənov Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya dönüb.
E.Həsənovun istintaqa cəlb olunmasının təfərrüatları məlum deyil. Çox böyük ehtimalla, bu, XİN sistemindəki həbslərin istintaqı ilə bağlı ola bilər.
Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, 2001-2013-cü illərdə ölkəmizin Rumıniyada Fövqaladə və Səlahiyyətli Səfiri olub. 2013-cü ildən isə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiridir.
Follow @7timesaz