Qafan rayonu istiqamətində Azərbaycanla sərhəddə daha bir ərazinin ordumuzun nəzarətinə keçməsi Ermənistanda qalmaqala səbəb olub.
7times xəbər verir ki, bu barədə ilk məlumatı Ermənistan parlamentinin üzvü, “Haystan” blokundan olan deputat Anna Qriqoryan yayıb.
Onun iddiasına görə, rəsmi İrəvan Qafan istiqamətində daha bir ərazini Azərbaycana “güzəştə” gedib. Deputat bildirib ki, həmin rayonda yerləşən Ağdağ Azərbaycan Ordusunun nəzarətinə verilib:
“Faktiki olaraq Pela dağı (Ağdağ) qonşu kəndlər üçün də birbaşa təhlükəsizlik təhdidləri yaradaraq tamamilə Azərbaycanın nəzarəti altına keçir”.
Ermənistan parlamentinin digər üzvü, “Şərəfim var” fraksiyasının nümayəndəsi Tiqran Abramyan da bu məlumatı təsdiqləyib. O deyib ki, Ermənistan hökuməti gizli şəkildə bir çox əraziləri Azərbaycana verməyə başlayıb:
“Qafandakı Pela dağı (Ağdağ) Azərbaycana verilib. Uzun illər əvvəl həmin dağın bir tərəfi Ermənistanın, digər tərəfi isə Azərbaycanın olub. Lakin hazırda dağın hər iki üzü Azərbaycana verilib”./Qaynarinfo
Follow @7timesaz