Xankəndi Azərbaycan rəsmlərini Şuşadakı Dövlət İncəsənət Muzeyində qalan erməni, rus və fransız rəssamlarının rəsmləri ilə dəyişməyi təklif edib. Azerforum.com erməni mətbuatına istinadən xəbər verir ki, bunu hələ də özünü Qarabağın “təhsil, elm, mədəniyyət və idman naziri” hesab edən Lusine Karakhanyan Xankəndidə jurnalistlərlə görüşü zamanı bildirib. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan rəssamlarının 40 rəsm əsəri erməni tərəfində qalıb: “İndi biz onlara özümüzün qarşılığında qaytarmağı təklif etdik, amma hələ ki, cavab gəlməyib”./azerforum
Follow @7timesaz