Siyasət

Türkiyənin 12 şirkəti Azərbaycandadır – Ərdoğan

Türkiyənin 12 şirkəti Azərbaycandadır – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli hava limanında 12 Türkiyə şirkəti azərbaycanlı qardaşları ilə birgə çalışaraq 8 ay müddətində müddətində işləri tamamladı. Hazırda daha iki hava limanı tikilir. Onların tez bir zamanda, 1 il ərzində başa çatdırılması planlaşdırılır.

Kanal.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu uğurlu işlərlə yanaşı minatəmizləmə işləri də davam etdirilir. Hazırda minalardan təmizlənmiş torpaqlarda həm Azərbaycan, həm də Türkiyə üçün əkinçilik və heyvandarlıq başlayıb. Onlar bizə bildirdilər ki, burada heyvandarlıq baxımından iş aparmaq üçün ən azı 5-10 min Anqus növü heyvan gətiriləcək və xüsusilə Azərbaycanın ət idxalını minimuma endirəcəklər. Bu onu göstərir ki, indiki məqamda əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq. Eləcə də Türkiyə-Azərbaycan əməkdaşlığı ilə infrastruktur və üst quruluşda çox ciddi addım atılıb”, – deyə Ərdoğan bildirib.