Siyasət

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Rusiya ilə məsləhətləşir

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Rusiya ilə məsləhətləşirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib”.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə deyib.

Onun sözlərinə görə, normallaşma mexanizmlərini tapmaq üçün Ermənistan rəhbərliyi rusiyalı həmkarları ilə bu məsələni müzakirə edir.

“Düşünürəm ki, bu işə başlamaq səmərəli olardı. Həm biz, həm də Türkiyə tərəfi müsbət siqnalların olduğunu bildirmişik”, – A. Qriqoryan vurğulayıb.