Manşet

Paşinyandan etiraflar: “Deyirdilər, geri çəkilməyəcəyik, amma…”

Paşinyandan etiraflar: “Deyirdilər, geri çəkilməyəcəyik, amma…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ordu quruculuğunda ciddi uğursuzluğa düçar olub və burada hamımızın günahı var. Artıq müharibə epizodları üzrə 1000-ə yaxın cinayət işinin başlanılıb. 40-a yaxın təqsirləndirilən şəxs var, həbs olunanlar da var. Saxlanılanların sayı on nəfərə yaxınlaşır. Məhkəməyə göndəriləcək işlər olacaq”.

“7times” xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində hərbi sahədə yol verilən səhvlərlə  bağlı sualı cavablandırarkən deyib.

“Fərdi epizodlara hüquqi qiymət verilməlidir, lakin biz başa düşməliyik ki, bu, aysberqin yalnız görünən tərəfidir. Hansı səhvlərə yol verildi? Məsələn, ordu quruculuğu sahəsində bizim fundamental problemlərimiz var idi. Bunlar bizim ümumi problemlərimizdir”, – deyən
Paşinyan bununla da  Ermənistanın ordu quruculuğu sahəsindəki yürüdülən uğursuz siyasəti etiraf edib.

O əlavə edib ki, əslində ordu uzun illər toxunulmaz idi: “Düzdür, orduda sui-istifadə halları ilə bağlı siqnallar olurdu, amma adətən bu siqnalların müəlliflərini qeyri-konstruktiv, antimilli və sair hesab edirdilər. Ordu necə inkişaf edib, ordu büdcəsi necə formalaşıb, necə xərclənib? Bunlar son nəticədə hərbi əməliyyatlar arenasında hərəkətləri əvvəlcədən müəyyən edən çox vacib suallardır.

Bəyanatlarla reallıq arasında ciddi uçurumlar mövcuddur. Məsələn, Təhlükəsizlik Şurasına məlumat verilir ki, ordu “bir addım da geri çəkilməyəcək” prinsipinə əsasən ön cəbhə xəttini saxlaya biləcək. Amma praktikada bu baş vermir. Bunlar çox ciddi müzakirə edilməli olan məsələlərdir.

Amma sistemli nöqteyi-nəzərdən etiraf etməliyik ki, əslində biz ordu quruculuğu işində uğursuzluğa düçar olmuşuq. Çünki ordu Ermənistan ətrafında mövcud olan çağırışlara cavab verməli idi”, – Paşinyan bildirib.//Ölkə.Az