Siyasət

Üçtərəfli bəyanatın görünməyən tərəfləri: “Daha çox narahatlıq yaradan məsələ…”

Üçtərəfli bəyanatın görünməyən tərəfləri: “Daha çox narahatlıq yaradan məsələ…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş SSRİ respublikalarından yalnız Baltikyanı respublikalar Avropa İttifaqı və NATO-ya qəbul olunmaqla post-sovet reallığından uzaqlaşa bildilər”.

7times.az xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert  Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli anlaşmanın imzalanmasından sonra bölgədə yaranmış geosiyasi duruma diqqət çəkib:

“Bütün hərb və diplomatiya tarixi sübut edir ki, istənilən sülh razılaşması mövcud şərtləri və tərəflərin imkan və gücünü əks etdirir. 10 noyabr Bəyanatı Azərbaycanın hərbi qələbələrini tam əks etdirir, əsasən Azərbaycanın strateji baxışının başlıca hədəflərini ehtiva edir. “Qarabağın statusu” məsələsi bu bəyanatda yoxdur, Naxçıvanla quru əlaqəsi təmin edilir, soydaşlarımızın qayıdışı təmin olunur, Türkiyənin sülhyaratma əməliyyatına cəlb edilməsi təmin olunur. Bütün perimetrlər üzrə Qarabağ bölgəsinə hərbi-strateji nəzarət imkanları əldə saxlanılır.

Cəmiyyətimizdə daha çox narahatlıq yaradan məsələ Rusiya sülhməramlılarının bütün təmas xətti boyu və Laçın dəhlizində yerləşdirilməsi, Naxçıvanla əlaqəyə onların nəzarət edəcəyidir. Bu, Azərbaycan üçün mövcud geosiyasi şərtlərin yaratdığı gerçəklikdir. Bir şeyi başa düşmək lazmdır ki, hazırda bütün imkan və resurlar səfərbər olunsa belə Bakı-Ankara tandeminin bu şərtləri dəyişmək imkanı yoxdur. Necə ki, Ukrayna, Gürcüstan dəyişə bilmədi. Necə ki, Lukaşenko dəyişə bilmədi, Nazarbayev dəyişə bilmədi. Keçmiş SSRİ respublikalarından yalnız Baltikyanı respublikalar Avropa İttifaqı və NATO-ya qəbul olunmaqla post-sovet reallığından uzaqlaşa bildilər”.

Zaur İbrahimli qeyd edib ki, Azərbaycan bu geosiyasi şərtlərdən maksimum yararlanmağa çalışa bilər, amma onları dəyişə bilməz:

“İndiki halda mümkün olan bu idi. Rusiyanın strateji Cənub cinahında Türkiyənin və digər ölkələrin fəal cəlb olunduğu, beşinci nəsil silahların tətbiq edildiyi müharibəyə münasibətdə tam neytral qalacağını düşünmək sadəlöhvlük olardı. Bu məsələlərdə mümkün risklər və yaranan imkanları dəyərləndirmək ən düzgün yanaşmadır və dəyərləndirmədir”. Yenisabah.az