Siyasət

Prezident: “BMT-nin kağız üzərində qalan qətnamələrini yerinə yetirdik, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik”

Prezident: “BMT-nin kağız üzərində qalan qətnamələrini yerinə yetirdik, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dörd gün əvvəl Azərbaycan xalqı olaraq, Qarabağın azad olunmasının birinci ildönümünü böyük coşqu ilə qeyd etdik”.

7times-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, 30 illik işğala son qoyulub: “Bunun nəticəsi olaraq BMT-nin 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələrini yerinə yetirdik, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik. Bu, həqiqətən ədalət savaşı idi və öz torpaqlarımızda bu müharibəyə girmək məcburiyyətində qaldıq. Bir çox şəhid verdik. Əslində, bu savaş heç bir ölkənin torpaqları ilə bağlı deyildi. İkinci Qarabağ müharibəsi başa çatdıqda bütün döyüşləri sona çatdırmış olduq. Əslində, müharibənin ilk günündən mən Ermənistana bizə bir təqvim verməsini və işğal altındakı torpaqlarımızdan hansı müddətdə öz əsgərlərini geri çəkməsi lazım olduğunu dedim və bu sözümü tutdum. 44 günün sonunda Ermənistan atəşkəs elan etmiş oldu və kapitulyasiya aktına imza atdı. Bu şəkildə İkinci Qarabağ müharibəsi 44 günün sonunda bitdi. 300-dən çox kənd və yaşayış məntəqələri azad edildi. Beləliklə, Azərbaycan olaraq ərazi bütövlüyümüzü əldə etdik. Ancaq bununla yanaşı, bir çox təxribat yaşadıq. Sevgili qardaşım Rəcəb Tayyib Ərdoğan da iki dəfə – yanvar ayında və qısa müddət əvvəl Şuşanı ziyarət edib, işğal dövründə nə qədər böyük dağıntılar törədildiyini gözləri ilə gördü”.

Dövlət başçısı deyib ki, Qarabağda bərpa və yenidənqurma prosesi başlayıb: “Yenə də Qardaş Türkiyənin bir sıra şirkətləri azad edilmiş ərazilərdə bir çox infrastruktur layihəsində iştirak edir. Dəmir yolları, avtomobil yolları, hava limanları və digər böyük layihələrin Türkiyə şirkətlərinin iştirakı ilə tezliklə başa çatacağına inanıram”.

Prezident İlham Əliyev qeyd edib ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib: “Hava limanının inşasında 20-dən çox Türkiyə şirkəti iştirak edirdi və hava limanı rekord müddətdə – 8 ayda istifadəyə verildi. Zəngilan hava limanı və digər layihələr də var. Bu layihələrdə də Türkiyə şirkətləri iştirak edəcək”.//APA