“Şuşadakı terror aktı erməni faşizminin təhlükəli və dəyişməz mahiyyətindən xəbər verir”.
7times.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmdov bildiirb. Millət vəkili qeyd edib ki, bu olay həm də Azərbaycanın son dərəcə ayıq-sayıq olmasının nə qədər vacib olduğunu göstərir:
“Erməni terrorçusunun Azərbaycan hərbilərinn postuna qumbara ataraq üç hərbçimizin yaralanmasına səbəb olması erməni məkrinin, erməni namərdliyinin növbəti təzahürüdür. Bu hadisə bir daha onu göstərdi ki, Vətən müharibəsində məğlub olan, kapitulyasiyaya imza atan Ermənistanın heç bir sözünə, heç bir vədinə etibar etmək olmaz. Məlum olay sübut etdi ki, Azərbaycan daim ayıq-sayıq olmalı, hər bir təxribata adekvat reaksiya verməli, bu cür terror aktlarına görə Ermənistanı ciddi şəkildə cəzalandırmalıdır. Yalnız bu şəkildə analoji cəhdlərin qarşısını effekiv şəkildə almaq olar.
Hesab edirəm ki, Şuşada yaşanan bu olay ən az Azərbaycan qədər Rusiyanı da narahat etməlidir. Çünki erməni terrorçu həmin qumbaranı həm də Rusiya sülhməramlılarının olduğu əraziyə atıb. Bu isə o deməkdir ki, Rusiya sülhməramlılarının da həyatını heçə sayıb.
Bundan başqa, əslində erməni terrorçusunun bu addımı Ermənistanın 10 noyabr sazişini heçə sayması, Rusiyanın təşəbbüsü və moderatorluğu altında əldə edilən üçtərəfli razılaşmaya qarşı çıxması deməkdir. Başqa sözlə desək, həmin qumbara həm də Rusiyanın etibarına, onun sülh səylərinə, nüfuzuna atılıb. Bu baxımdan Rusiya da həmin terrorçunun cəzaladırılmasını diqqətdə saxlamalı, gələcəkdə bu cür halların yaşanmaması üçün ciddi səy göstərməlidir. Əks təqdirdə bu kimi addımlar Rusiyanın regiondakı nüfuzu ilə yanaşı, Rusiya sülhmərmalılarının özünün həyatını təhlükə altında qoyacaq, regionda yeni qarşıdurma və gərginlik üçün zəmin formalaşdıracaq”./Moderator.az
Follow @7timesaz