Siyasət

Rusiyadan Soçi görüşü açıqlaması: Bütün addımları atırıq…

Rusiyadan Soçi görüşü açıqlaması: Bütün addımları atırıq…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfinin diqqəti Ermənistanla Azərbaycan arasında ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına yönəlib.

7times xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 26-da Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə gözlənilən üçtərəfli görüşlə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşlərini şərh etmək Rusiya Prezidentinin Administrasiyasının səlahiyyətindədir:

“Deyə bilərəm ki, biz bu regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın bərqərar olması üçün bütün mümkün addımları atırıq. Təbii ki, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetirilir”.//Axar.az