Qarabağ

Paşinyandan NÖVBƏTİ AXMAQLIQ – Soçi görüşü öncəsi Bakı İrəvanı yenə QABAQLADI

Paşinyandan NÖVBƏTİ AXMAQLIQ – Soçi görüşü öncəsi Bakı İrəvanı yenə QABAQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Rusiyanın Kemerovo vilayətindəki “Listvyaznaya” kömür mədənində baş vermiş faciəvi hadisə nəticəsində 52 nəfər ölüb, daha 49 nəfər isə xəstəxanalardadır. 7Times.az Metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev dünən, bu gün isə Xarici İşlər Nazirliyi Rusiyaya hadisə ilə bağlı başsağlığı verən ilk ölkələrdən olub.

İlham Əliyevin başsağlığı məktubu həm Azərbaycan, həm də Rusiya mətbuatında dərc olunub.

Ermənistan mətbuatı bu məsələni xüsusilə gündəmdə saxlayıb. KİV qeyd edir ki, nə Ermənistanın baş nazirinin saytında, nə də Xarici İşlər Nazirliyinin saytında həmin faciəli hadisə ilə bağlı Rusiyaya göndərilən başsağlığı məktubu yoxdur. Ermənilər düşünür ki, Rusiya onlar üçün strateji müttəfiqdir. Üstəlik, indi xalqın dediyi kimi, 100 faiz Rusiyanın həllinə baxırlar.

İnsanlıq öz yerində, amma rəsmi başsağlığı da bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda müəyyən jest, diplomatik addımdır. Ona görə də bu gün Soçi görüşündə Bakının yenə İrəvanı qabaqlayıb bir neçə addım irəli olduğu Ermənistanın isə nə vaxta qədər düşünülməmiş addımlar atacağı erməniləri də az düşündürən məsələ deyil.

Qeyd edək ki, Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə işgüzar səfərə yola düşüb.