İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.
7times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Rusiya prezidenti sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneənin olmadığını deyib.
V.Putin Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb:
“Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik”.
V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.
Follow @7timesaz