Siyasət

“Putin mənim doğma qardaşımdır” – Lukaşenko

“Putin mənim doğma qardaşımdır” – Lukaşenkobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarus Prezidenti Aleksandr Lukaşenko RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putinlə doğma qardaşdır və dünyaya eyni şəkildə baxır.
7Times.az Teleqraf.com-a istinadən xəbər verir ki, A.Lukaşenko deyib:
“Deyə bilərəm ki, Vladimir Putin məni dostdan artıq hesab edir, biz doğma qardaşıq. Amma obrazsız desəm, nəyin ortaq olduğunu bilirsinizmi? Biz bu dünyanın əsas istiqamətlərinə, əsas problemlərə eyni gözlə baxırıq.
Biz bunların hamısını beynimizdə həzm edə, fırlada, döndərə bilərik, bəzən tamamilə eyni olmayan nəticələr çıxara bilərik, fərqli hərəkətlərimiz ola bilər, amma gözlərimiz bu dünyanı eyni şəkildə görür”.
“Mən buna xüsusilə son zamanlar əmin oldum. Biz həqiqətən də bəzi şeyləri çox dərindən nəzərdən keçiririk və görürəm ki, biz bunlara bir gözlə baxırıq, çox yaxşı münasibətlərimiz var”, – deyə Belarus Prezidenti bildirib.