“Rusiya bizim üçün etibarlı tərəfdaş deyil, Türkiyə daha etibarlıdır”.
7times.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı Stepan Qriqoryan “Anadolu”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, ötən illərdə Sürixdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair protokolların imzalanması Rusiyanı ciddi şəkildə narahat edib.
“Hər halda bizim də səhvlərimiz oldu. Rusiya ilə əlaqələrimiz çox sıx idi və prosesin uğurlu olmasını istəmədilər. Protokolların imzalanmasını dəstəkləsələr də, həqiqətən də bu məsələdə səmimi olduqlarını düşünmürəm”, – sabiq diplomat qeyd edib.
Qriqoryan Türkiyə və Ermənistanın Sürixdə protokol imzalanmasından sonra Rusiyanın İrəvanın Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmasını istəmədiyini deyib:
“O zaman ölkənin təhlükəsizliyi və iqtisadiyyatı yanlış qərarla tamamilə Rusiyaya həvalə edildi. Son müharibədə Rusiya bizə “Bağışlayın, bizim marağımız hazırda sizi qorumaq deyil” dedi və bizi təkbaşına qoydu. Ermənistan Qərbin münasibətinə baxmayaraq BMT-də, Avropa Şurasında, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) də Rusiyanın lehinə mövqe tutdu. Amma Qarabağda Ermənistandan üz çevirdi. Rusiya bizim üçün etibarlı tərəfdaş deyil, Türkiyə daha etibarlıdır”. Teleqraf.com
Follow @7timesaz