Manşet

Aysel Əlizadədən Sevinc Osmanqızına: “Örnək gətirəcəyimiz adamımız yoxdurmu erməniyə ümid sərgiləyirik?”

Aysel Əlizadədən Sevinc Osmanqızına: “Örnək gətirəcəyimiz adamımız yoxdurmu erməniyə ümid sərgiləyirik?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hansısa tarixi kəsimdə azərbaycanlıların ermənilərə nəsə bir iddia irəli sürdüklərinə rast gəlməzsiz. İddia davamlı onlardan gəlib. Azərbaycanlıları, bütünlükdə türkləri özlərinə düşmən elan edən onlardı. Biz sadəcə cavab – qarşılıq vermişik. Ya zəlzələdən, ya vəlvələdən biz iki düşmən sayılırıq. Ölkənin başçısını sevməmək haqqın var, onu sevməyən çox ola bilər. Amma Azərbaycanda prezidentliyə layiq bu qədər insan varkən, “kaş bizim prezident Paşinyan olardı” demək ədalətsizlikdiR, mənə görə. Təhlükəli söhbətdi? Yox, əlbəttə, nə təhlükəsi var? Sadəcə, olduqca ciddi məsuliyyətsizlik ifadə edir”.

7times.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə bildirib.

“Rəhbəri sevmirsən, normaldır, haqsız da sayılmazsan, ciddi arqumentlər sadalamaq olar, amma alternativin bütün normal ölkələrdəki kimi öz ölkəndən olmalıdı. Örnək gətirəcəyimiz adamımız yoxdurmu erməniyə ümid sərgiləyirik? Var, var və var…Ya da məsələn, Merkel kimi bir liderimiz olardı demək mümkündür. Niyə məhz erməni? Adam yandığından hər şey deyər, humanist olub düşmənə əl də uzadar, amma düşməni ölkəsinin başçısı olaraq görə bilməz. Bir sadə insan bu cümləni heç bir öhdəlik hiss etmədiyi üçün işlədər, “hər kəs fikrində azaddır” deyək. Amma qarşılığında “erməni niyə kaş prezidentimiz öz filankəsimiz olardı”, – söyləmək daha zəkicə peşəkarca sayılmazmı? Hakimiyyətlər əbədi deyil, millət, ölkə isə əbədidir. Onu düşmənə təslim etmək istəyini göstərən düşüncə güvənilməzdir. Bu, prinsipsizlikdir!” – A.Əlizadə qeyd edib