Abşeron rayonunda oğurluq edilmiş və Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevə məxsus olduğu deyilən evin kimə aid olduğu bilinib.
7Times.az xəbər verir ki, Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ev Hikmət Mirzəyevin yaxın qohumunun olub.
“Həmin evin Hikmət Mirzəyevə heç bir aidiyyəti yoxdur”, – deyə məlumatda bildirilib.
Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.
Qeyd edək ki, ötən gün Vətən Müharibəsi Qəhrəmanına məxsus evin qarət olunması ilə bağlı məlumatlar yayılmışdı.
Aqil Vəlili
Follow @7timesaz