“Ermənistan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun İrəvanla münasibətləri tənzimləmək üçün xüsusi nümayəndə təyin etmək barədə bəyanatını alqışlayır”.
Bu sözləri Ermənistanın XİN-in mətbuat katibi Vaan Unanyan deyib.
Onun sözlərinə görə, Ermənistan da Türkiyə ilə dialoqun başlanması üçün öz xüsusi nümayəndəsini təyin edəcək.
“Türkiyə XİN rəhbərinin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin etmək barədə bəyanatını müsbət qiymətləndirir və təsdiq edirik ki, erməni tərəfi dialoqun başlanması üçün xüsusi nümayəndə təyin edəcək”, – deyə V.Unanyan bildirib…oxu.az
Follow @7timesaz