Hərbi

Rusiyalı general: “Bunu etsək, NATO-nun bu üzvləri KTMT-yə gələ bilər”

Rusiyalı general: “Bunu etsək, NATO-nun bu üzvləri KTMT-yə gələ bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qazaxıstandakı böhranın öhdəsindən uğurla gələn KTMT NATO-ya qarşı antipod kimi güclənməli, daxildə daha da sıx əməkdaşlıq etməlidir”.
7Times.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, ordu generalı Yuri Baluyevski deyib.
“KTMT əslində NATO-nun antipodudur, amma təşkilatı gücləndirmək lazımdır ki, digərləri də ona qoşulmaq istəsinlər”, – Baluyevski bildirib.
Onun sözlərinə görə, bunun üçün təşkilatı şəxsi heyətlə gücləndirmək, təlimlər keçirmək, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək lazımdır.
“Bizə KTMT çərçivəsində dövlət sifarişi lazımdır ki, iştirakçı ölkələrin hərbi-sənaye müəssisələri yeni növ silah və hərbi texnikanın yaradılmasına cəlb olunsun”, – general deyib.
Onun fikrincə, hətta indi NATO-da olan Varşava Paktının keçmiş üzvü olan dövlətlər də qayıdıb-qayıtmamaq barədə düşünəcəklər.