Deputat Dariqa Nazarbayeva Qazaxıstanın ictimai meydanındən yoxa çıxıb. O, dekabrın 28-dən bəri ictimaiyyət qarşısına çıxmayan atası, respublikanın ilk prezidenti Nursultan Nazarbayev kimi itkin düşüb.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Nazarbayeva yenidən respublika parlamentinin iclasına gəlməyib. Qazaxıstanın xalq deputatlarının aparatında birinci prezidentin qızı ilə bağlı suala belə cavab veriblər ki, guya o, xəstəlik məzuniyyəti götürüb. Dariqa Nazarbayeva artıq ikinci gündür ki, parlament iclaslarında iştirak etmir.
Yanvarın əvvəlində Dariqanın atası və ailəsi ilə birlikdə Qazaxıstanı tərk etdiyi bildirilirdi. Nazarbayevlərin dəqiq hara getdiyi açıqlanmayıb. Lakin tezliklə bu məlumatı birinci prezidentin mətbuat katibi Aidos Ukibai təkzib edib və Nursultan Nazarbayevin guya paytxat Nursultanda olduğunu bildirib.
Follow @7timesaz