Qori hospitalından eks-prezident Mixail Saakaşvilinin köçürülməsi zamanı qeydə alınan görüntülər müşahidə kameralarından silinib.
7Times.az xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya Feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, Mixail Saakaşvili Qori hospitalından Rustavi Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü zaman yaranan mübahisənin görüntüləri yoxa çıxıb:
“Qori hospitalında insidentin baş verdiyi anın görüntüləri müşahidə kameralarından silinib. Penitensiar xidmət bu insidentin onlar tərəfindən də ayrı kamera ilə çəkildiyini bildirir, lakin Dövlət Müfəttişliyinə bu görüntüləri vermir. Bizim əsaslı şübhələrimizə əsasən bu görüntülər onlarda da “səhvən” silinəcək”, – Qvaramiya bildirib.
Qeyd edək ki, vəkillər Mixail Saakaşvilinin Qori hospitalından Rustavi Cəzaçəkmə Müəssisəsinə gətirildiyi zaman mübahisə yarandığını bildirirlər.
Follow @7timesaz