Aktual

Ağ ev Baydenlə Putinin görüşünün mümkün şərtlərini açıqlayıb

Ağ ev Baydenlə Putinin görüşünün mümkün şərtlərini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşü istisnasız olaraq Ukraynada “gərginliyin nəzərəçarpacaq dərəcədə azalması” və Rusiyanın diplomatiyaya səyləri şəraitində mümkündür.
Moderator.az xəbər verir ki, bu barədə Ağ evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild brifinq zamanı bəyan edib.
“Prezident Bayden açıq şəkildə bəyan edib ki, belə dialoqun baş verməsindən öncə Rusiya tərəfindən gərginliyin nəzərəçarpacaq dərəcədə azaldılması və səmimi olaraq diplomatik qarşılıqlı əlaqəyə sadiq olmasıdır”, – Ağ ev nümayəndəsi belə deyib.
Bununla yanaşı, Bedinqfild qeyd edib ki, ABŞ Kiyevə Moskva ilə bu diplomatik prosesdə danışıqlarda dəstək verməyə hazırdır.
“Biz Ukrayna ilə sıx təmasdayıq və onların atəşin dayandırılması üçün diplomatik səylərini müdafiə edirik”, – o, qeyd edib.
Direktorun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin Kiyev ətrafında istənilən yerdəyişməsi qoşunların geri çəkilməsi deyil, dislokasiya yerinin dəyişilməsidir. Ona görə də Vaşinqton hesab edir ki, yaxın zamanlarda döyüş əməliyyatları Ukraynanın başqa nöqtələrində bərpa oluna bilər.
Bedinqfild vurğulayıb ki, bu gün ABŞ- ın Rusiyanın  Ukrayna ilə hərbi münaqişədə aqressiv strategiyasını dəyişdiyini güman etməsi üçün əsasları yoxdur. Buna görə də iki prezidentin görüşü barədə danışmazdan öncə Vaşinqton Rusiyanın Ukrayna ərazisində hərbi fəaliyyət dərəcəsini həqiqətən azaltmasına əmin olmalıdır.
Nəşrin məlumatına görə, prezident Bayden Putinlə birbaşa danışıqları istisna etmir, lakin bu görüşün perspektivi gündəlikdə olan məsələlərdən asılı olacaq.
“Bu ondan asılıdır ki, Putin nədən danışmaq istəyir. Məsələ bundadır ki, o, bu müharibənin bitməsi və Ukraynanın bərpası üçün əsas verə biləcək nəyisə təklif edəcəkmi”, – Bayden deyib.