Ölkə

Hikmət Hacıyev: “Əsas məqsədimiz azad edilmiş ərazilərə əhalinin təhlükəsiz şəkildə qaytarılmasıdır” – VİDEO

Hikmət Hacıyev: “Əsas məqsədimiz azad edilmiş ərazilərə əhalinin təhlükəsiz şəkildə qaytarılmasıdır” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda işğaldan azad edilmiş ərazilərdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək”.

“Report”un xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək:

“Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır”.