Aktual

Azərbaycan səfirliyinin Ukraynadakı fəaliyyəti ilə bağlı AÇIQLAMA

Azərbaycan səfirliyinin Ukraynadakı fəaliyyəti ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyimizin fəaliyyətinə tərəfimizdən daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır”.
Bu barədə 7Times.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini ölkənin qərbində, Lvov şəhərində davam etdirir.

“Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz yenidən Kiyevdə fəaliyyət göstərəcək”, – deyə L.Abdullayeva bildirib.
Qeyd edək ki, son günlər bir neçə ölkə öz səfirliyini Kiyevə qaytarıb. Lakin Ukrayna rəsmiləri Kiyev bölgəsində müharibə təhlükəsinin hələ də qaldığını bildirirlər.