Aktual

Zelenski Aİ-yə üzvlük anketini təqdim etdi

Zelenski Aİ-yə üzvlük anketini təqdim etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski tamamlanmış sorğu anketini Aİ-nin Kiyevdəki nümayəndəliyinin rəhbərinə təqdim edib.

Yenisabah.az UNİAN-a istinadla xəbər verir ki, bu, Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu əldə etməsi üçün zəruri addımdır.

Bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.

“Prezident Vladimir Zelenski Avropa İttifaqının Ukraynadakı Nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizin Aİ üzvlüyünə namizəd statusu alması üçün doldurulmuş sorğu vərəqini təhvil verib”, – deyə Ukrayna prezidentinin internet saytında yerləşdirilən bəyanatda deyilir.

Zelenski deyib ki, Ukrayna xalqı özünü “Avropanın bir hissəsi, Avropa Birliyinin bir hissəsi” kimi hiss etmək istəyir.

O, sorğu vərəqəsinin təqdim edilməsində operativ fəaliyyətinə görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Çarlz Mişel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel və Maasikasa təşəkkür edib.

“Biz inanırıq ki, dəstək alacağıq və üzvlüyə namizəd olacağıq. Bundan sonra növbəti final mərhələsi başlayacaq”, – deyə Ukrayna prezidenti qeyd edib.