Ölkə

Karantin rejimi tamamilə ləğv olunur? – Nazirdən açıqlama

Karantin rejimi tamamilə ləğv olunur? – Nazirdən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusu karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.

7Times.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.

O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm”.