Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun toplantısı keçiriləcək.
7Times.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Toplantıda BMT-nin baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə təmas qrupu, o cümlədən BMT, Türkiyə , Rusiya və Ukraynadan olan nümayəndələr iştirak edəcək. Biz yaxın günlərdə texniki səviyyədə görüş keçirməyi planlaşdırırıq”,- Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı deyib.
Follow @7timesaz